Heqiqet.Az » dunya » Yaponiyada 5 bal gücündə zəlzələ baş verib


Yaponiyada 5 bal gücündə zəlzələ baş verib

14-08-2015, 09:51
Çap et
Yaponiyada 5 bal gücündə zəlzələ baş verib Yaponiyanın şimal-şərqində bu səhər 5,0 bal gücündə zəlzələ baş verib.
"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Fukusima prefekturası olub. Zəlzələ ümumilikdə 15 prefekturada hiss edilib.
2011-ci ilin mart ayında Yaponiyada baş vermiş dağıdıcı sunami zamanı qəzaya uğrayan "Fukusima-1" atom elektrik stansiyasının fəaliyyəti ilə bağlı problem yaranmayıb.
Sunami təhlükəsi elan edilməyib.
Reytinq: