Heqiqet.Az » sehiyye » Azərbaycanda evlənmək istəyən şəxslərdə qorxulu xəstəliklər tapıldı


Azərbaycanda evlənmək istəyən şəxslərdə qorxulu xəstəliklər tapıldı

8-11-2018, 20:02
Çap et
Azərbaycanda evlənmək istəyən şəxslərdə qorxulu xəstəliklər tapıldı Oktyabr ayı ərzində 12706 nəfər nikahdan əvvəl icbari tibbi müayinədən keçib.
Bu barədə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan məlumat verilib.
Məlumatda bildirilib ki, müayinədən keçənlərin 440-da talassemiya daşıyıcılığı, 63-də siflis, 15-də İİV daşıyıcılığı/QİÇS aşkarlanıb.
Müayinədən keçən 5 cütlük hər ikisinin talassemiya daşıyıcısı olduğunu öyrənib.
Bu il ərzində 116081 nəfər nikahdan əvvəl icbari tibbi müayindən keçib. Müayinədən keçən 3505 nəfərdə talassemiya daşıycılığı, 328 nəfərdə siflis, 128 İİV daşıyıcılığı/ QİÇS aşkarlanıb. 47 cütlük isə hər ikisinin talassemiya daşıyıcısı olduğunu öyrənib.
Qeyd edək ki, nikahdan əvvəl tibbi müayinələr 2015-ci il iyunun birindən tətbiq edilir.
Reytinq: