Komitə sədri: Azərbaycanda əmək haqlarının uçotu düzgün aparılmır13-11-2018, 13:06
Çap et Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı deyib. Komitə sədri bildirib ki, uçot düzgün aparılmadığı üçün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır: "Ona görə də vergilər sistemində nəzərdə tutulan bütün bu islahatlar heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”. Z.Səmədzadə qeyd edib ki, bəzən haqsız olaraq Azərbaycanın neftdən asılı olduğu deyilir: “Unutmamalıyıq ki, bu gün Azərbaycan neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilib. Biz Dövlət Neft Fondu hesabına iqtisadiyyatımızı yeniləmişik, bu Fond hesabına su kəmərləri çəkmişik, neft yataqlarını inkişaf etdirmişik. Bu baxımdan büdcəyə Dövlət Neft Fondundan vəsaitlərin ayrılması müəyyən zamanda realdır. Neft Fondunun şəffaflığı dünya tərəfindən qəbul edilir. Fondun bundan sonra bir sıra məqsədlər üçün istifadə edilməsi vacibdir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
