Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir14-11-2018, 15:17
Çap et Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qonaqları salamlayaraq iclasın işinə uğurlar arzulayıb. O, şəxsi heyətin idarə olunması sahəsində mühüm vəzifələrin həllinə yönəlmiş bu forumun əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazirin birinci müavini ölkəmizdə həyata keçirilən hüquq mühafizə siyasəti çərçivəsində daxili işlər orqanlarında da əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsinə, maddi-texniki təminatın möhkəmləndirilməsinə və şəxsi heyətin sosial müdafiəsinin daha da gücləndirilməsinə xüsusi diqqət yetirildiyini, xidmət keçməni, kadrlarla iş məsələlərini tənzimləyən qanunvericilik aktlarının və zəruri vəzifə təlimatlarının qəbul edildiyini diqqətə çatdırıb. Şəxsi heyətin peşəkarlığının artırılması, mənəvi-psixoloji durumunun yüksəldilməsi ilə bağlı sistemli tədbirlərin gerçəkləşdirildiyini qeyd edib, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirliklərinin aidiyyatı xidmət rəhbərlərinin əməkdaşlığının iyirmi ildən artıq bir müddətdə uğurla davam etdiyini, peşəkar kadr korpusunun formalaşdırıldığını, bu potensialın möhkəmləndirilməsi sahəsində müsbət təcrübənin toplandığını və bundan səmərəli istifadə edildiyini vurğulayıb, habelə hazırkı iclasın müəyyən edilmiş hədəflərə çatmaq yolunda daha bir addım olacağına əminliyini ifadə edib. İki gün davam edəcək tədbirin gedişində nümayəndə heyətləri rəhbərlərinin çıxışları dinləniləcək, müzakirələr aparılacaq, iclasın yekununda müvafiq sənəd imzalanacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
