Qırğızıstan Prezidenti Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasının iştirakçılarını qəbul edib15-11-2018, 10:56
Çap et Görüşdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev iştirak edib. Qırğızıstan Prezidenti görüşdə Konfransın region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sooronbay Jeenbekov bildirib ki, biz bir-birimizə çox yaxın, qardaş xalqlarıq. Belə görüşlər dövlətlərimiz arasında əməkdaşlığı möhkəmləndirir və inkişaf etdirir. Dövlət başçısı bu tədbirlərin təcrübə mübadiləsinin aparılması, milli, regional və qlobal problemlərin müzakirəsi baxımından önəmini diqqətə çatdırıb. Sooronbay Jeenbekov qeyd edib ki, region dövlətlərinin başçıları xüsusi xidmət orqanlarının qardaş xalqlarımızın təhlükəsizliyini təmin etməyə yönəlmiş sıx və səmərəli qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verirlər. Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi İsdris Kadırkulov Konfransın fəaliyyəti haqqında məlumat verib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
