Ombudsman: Parlamentdə və bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsi artırılmalıdır26-11-2018, 12:25
Çap et ![]() Bunu “Qadınlara və qızlara qarşı zorakılığa son” adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib. Növbəti parlament və bələdiyyə orqanlarına seçkilərdə qadınlara dəstək göstərməyə hazır olduğunu deyən ombudsman hesab edir ki, ötən dövrdə parlament və bələdiyyə orqanlarında qadınların təmsilçilik faizi artsa da, bunu yetərli hesab etmək olmaz. Onun sözlərinə görə, Azərbaycanda qadın hüquqlarının qorunması üçün çoxsaylı qanunvericilik aktları qəbul edilib. E.Süleymanova qeyd edib ki, Ombudsman Aparatı tərəfindən zorakılığa məruz qalan şəxslərin hüquqlarının qorunması üçün hər bir şəhər və rayonda ictimai dinləmələr keçirilib. Ombudsman iqtisadi sahədə qadınların fəallığının artırılmasını, sahibkarlıqla məşğul olan qadınların sayının çoxalmasını vacib sayıb: "Regionlarda qadınların fəallığı artırılmalı, lider qadınlar yetişdirilməlidir". Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|