Bu il zorakılıq nəticəsində 112 qadın ölüb, onların 11-i azyaşlı olub26-11-2018, 12:29
Çap et Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov deyib. Onun sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində respublikada qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı respublikada baş vermiş ümumi cinayətlərin cüzi hissəsini təşkil edir. Ümumilikdə bu il yanvar-sentyabr ayları ərzində məişət zorakılığı ilə bağlı 678 cinayət faktı qeydə alınıb: "Qadınlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərdə özünü öldürmə, həmçinin öldürmə həddinə çatdırma ilə bağlı 135 fakt qeydə alınıb. Ölən qadınların sayı 112 olub ki, onlardan 11-i azyaşlıdır". Şöbə rəisi məlumat verib ki, qadınlara qarşı cinayət törətməsi məyyən edilmiş 2004 şəxs 9 ay ərzində məsuliyyətə cəlb olunub. Cari ildə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı cinayət faktı qeydə alınmayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
