Əjdər Ağayev vəfat edib27-11-2018, 10:00
Çap et Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Əjdər Ağayev 1937-ci il oktyabrın 10-daNeftçalarayonunun Qırmızıkənd kəndində anadan olmuşdu. Burada kənd yeddiilik,Salyanda orta məktəbi bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil alıb (1955-1960). Əmək fəaliyyətinəSalyanrayonu məktəblərində müəllim kimi başlayıb (1960-1965). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub (1965-1969). "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə edib. "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub (1974-1981). Sonralar müxtəlif vəzifələrdə çalışıb. ArdıncaLənkəranDövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində işləyib. AzərbaycanTəhsil Nazirliyinəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olub. Ə.Ağayev Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri olub. Təhsil Şurası 1998-ci ilin sentyabr ayında keçirilən Azərbaycan müəllimlərinin XI qurultayında yaradılıb. Ə.Ağayev 2018-ci ilin noyabrınadək şuranın sədri olub. Akademik Mehdi Mehdizadə adına mükafatın və "Araz" ali ədəbi mükafatın laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Allah rəhmət eləsin! Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
