Heqiqet.Az » sou » Könül Kərimova səhnədən gedir


Könül Kərimova səhnədən gedir

28-11-2018, 13:47
Çap et
Könül Kərimova səhnədən gedir Əməkdar artist Könül Kərimova səhnədən getmək istəyir.
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "Şou ATV" verilişində deyib. Kərimova bildirib ki, bayağı mahnılar oxuyan ifaçıların gündəmdə olması onu həvəsdən salıb:
"Adlarını çəkmək istəmədiklərimlə nə qədər bu səhnədə eyni addımlayaq. Əvvəldə olub, amma bu dərəcədə olmayıb. Onları bu dərəcəyə gətirib çıxarmaq dəhşətdir. Saray səhnəsinə, verilişlərə gətiriblər onları. Deyirəm bir müddətlik gedim səhnədən, görüm bunların sonu necə olacaq.
Musiqiçilərin də həvəsi ölüb. Onları verilişə güclə gətirmişəm. Tək mən yox, bütün müğənnilərin buna görə həvəsi qalmayıb. Bununla musiqi inkişaf edər? Gedirik gözəl tədbirə, siyahı gətirirlər, çaşıb qalırsan ki, məndən sonra gör səhnəyə kim çıxacaq".
Reytinq: