Heqiqet.Az » sosial » Prezident sərhədçilərə general rütbəsi verdi


Prezident sərhədçilərə general rütbəsi verdi

17-08-2015, 15:17
Çap et
Prezident sərhədçilərə general rütbəsi verdi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
"general-leytenant" hərbi rütbəsi
- general-mayor Azad Qaçay oğlu Ələkbərova
- general-mayor Fərhad Sabir oğlu Tağı-zadəyə.
"general-mayor" hərbi rütbəsi
- polkovnik Abbas Sultan oğlu Xəlilova".
Reytinq: