Heqiqet.Az » sosial » Ağırtonnajlı maşınlar Bakıda küçəni dağıtdı


Ağırtonnajlı maşınlar Bakıda küçəni dağıtdı

3-12-2018, 11:19
Çap et
Ağırtonnajlı maşınlar Bakıda küçəni dağıtdı Bakının Suraxanı rayonunda, Bül-Bülə qəsəbəsində yüzlərlə ağırtonnajlı maşının bir ay ərzində intensiv hərəkəti nəticəsində "Buta Palace” sarayı dairəsindən Yeni Ramana qəsəbəsinə gedən yol darmadağın olub.
Bu barədə virtualaz.org-a sakinlər bildiriblər və həmin yolda əks etdirən acınacaqlı mənzərəni əks etdirən kadrları təqdim ediblər.
Kadrlara əsasən yolun qəsəbənin S.Əliyev küçəsindən keçən hissəsində nəhəng çökmələr baş verib, yol praktiki olaraq keçilməz olub. Belə çökmələrdən birinə kimsə gil-torpaq töküb və yağan yağış nəticəsində həmin yerdə dərin bataqlıq yaranıb.
"Bu yol bir neçə il əvvəl təmir olunmuşdu. Təmir olunmuşdu deyəndə yarımçıq iş görmüşdülər, piyada səkiləri layihədə nəzərdə tutulsa da pulları mənimsəmişdilər və piyada səkiləri düzəltməmişdilər. Təkcə yolun asfalt örtüyünü dəyişmişdilər. Nəticədə piyadalar, hər gen dərsə gedib-gələn uşaqlar bu yolda maşınların arasında hərəkət etməyə məcburdur, hər gün onların həyatına real təhlükə yaranır. İndi isə təxminən bir ay əvvəldən başlayaraq bu yolla hər gün ardı-arası kəsilmədən torpaq daşıyan yüzlərlə ağırtonnajlı maşın hərəkət edir. Və gördüyünüz kimi yol bu yükə davam gətirməyib çökdü”-sakinlər deyir.
Qeyd edək ki, həmin yolla Bakıətrafı qəsəbələrdən metronun "Koroğlu” stansiyasına və geriyə işləyən çoxsaylı sərnişin avtobusları da hərəkət edir. Hərəkət edir deyəndə, onlar nəhəng çuxurlardan yan ötmək üçün riskli manevrlər edirlər və çox keçməz ki, bu yolda sərnişin avtobuslarının iştirakı ilə baş vermiş qəzalar haqda eşidəcəyik.
Yol 10 günə yaxındır yararsız hala düşsə də müvafiq strukturların, o cümlədən Suraxanı rayon İcra Hakimiyyətinin məsul işçiləri yaranmış vəziyyətlə maraqlanmır, torpaq daşıyan ağırtonnajlı maşınlar isə ara vermədən gedib-gəlir. Onlar Binə tərəfdə hansısa iri obyektin tikintisi zamanı qazılmış torpaq və inşaat təyinatlı daş-çınqıl daşımaqdadır...
Reytinq: