Heqiqet.Az » idman » Türkiyə Superliqası: "Fənərbağça" növbəti dəfə çempionatda xal itirib


Türkiyə Superliqası: "Fənərbağça" növbəti dəfə çempionatda xal itirib

4-12-2018, 10:44
Çap et
Türkiyə Superliqası: "Fənərbağça" növbəti dəfə çempionatda xal itirib Futbol üzrə Türkiyə Superliqasının XIV turunda "Fənərbağça" turnir cədvəlində ikinci sırada qərarlaşan "Kasımpaşa"nı qəbul edib.
Meydan sahiblərinin çempionatın ən çox qol vuran komandası ilə qarşılaşması 2:2 hesablı heç-heçə başa çatıb.
Oyunda "Fənərbağça"nın heyətində 44-cü dəqiqədə Roman Neustadter fərqlənib. Qonaqların heyətində Mbaye Diagne (22,54) dubl edib, Ozgur Cek isə 45-ci dəqiqədə topu öz qapısından keçirib.
Bu matçdan sonra "Kasımpaşa" xallarının sayını 26-ya çatdıraraq ikinci pillədəki mövqeyini möhkəmləndirib. Komanda, eyni zamanda, çempionatın lideri "Başakşəhər"lə arasındakı xal fərqini dördə qədər azaldıb.
On dörd xala malik olan "Fənərbağça" isə 15-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, "sarı-lacivərdlilər” bu mövsüm öz meydanında oynadığı matçlarda cəmi 8 xal toplaya bilib.
Xatırladaq ki, dekabrın 2-də çempionluq uğrunda yarışan komandaların görüşündə "Beşiktaş” "Qalatasaray”ı İstanbul derbisində 1:0 hesabı ilə məğlub edərək üçüncü pilləyə yüksəlib.
On dörd turdan sonra hesabında 30 xal olan "Başakşəhər" çempionata başçılıq edir. Hesablarında 24 xal olan "Beşiktaş" və "Qalatasaray" üçüncü, dördüncü yerləri bölüşürlər.
Reytinq: