» » Milli parkdakı yanğın söndürüldü: 3 hektar ərazi kül oldu - YENİLƏNİB


Milli parkdakı yanğın söndürüldü: 3 hektar ərazi kül oldu - YENİLƏNİB

17-08-2015, 18:30
Çap et
Milli parkdakı yanğın söndürüldü: 3 hektar ərazi kül oldu - YENİLƏNİB Milli Parkın 3 hektar ərazisi yanıb
İsmayıllı rayonu ərazisində baş verən meşə yanğının qarşısı alınıb. APA-nın yerli bürosunun xəbərinə görə, Şahdağ Milli Parkı ərazisində başlayan yanğın getdikcə geniş ərazini əhatə edib.
Rayonun Tircan kənində yüksək dağlıq ərazidə quru ot, kol-kos və meşə zolağında ağaclar yanıb. FHN-in İsmayıllı, Ağsu və Şamaxı Dövlət Yanğından Mühafizə Hissələrinin texnika və canlı qüvvəsi, eləcə də meşələrin mühafizəsi və bərpası müəssisələrinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunub. Yanğın yüksək dağlıq ərazidə olduğu üçün alovun qarşısını vaxtında almaq çətinləşib. Əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri də cəlb olunub. Yanğın söndürülüb. Ümumilikdə 3 hektar meşə ərazisi və kol-kos yanıb, Şahdağ Milli Parkının qalan hissəsi alovdan mühafizə olunub.
İsmayıllıda Şahdağ Milli parkda yanğın baş verir.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olublar.
Reytinq: