Heqiqet.Az » iqtisadiyyat » SOCAR-dan Azərbaycanda Avro-5 standartlı benzin istehsalına başlanması barədə AÇIQLAMA


SOCAR-dan Azərbaycanda Avro-5 standartlı benzin istehsalına başlanması barədə AÇIQLAMA

4-12-2018, 16:14
Çap et
SOCAR-dan Azərbaycanda Avro-5 standartlı benzin istehsalına başlanması barədə AÇIQLAMA Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Avro-5 standartlı benzinin istehsalı 2021-c ilin əvvəlindən mümkün olacaq.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib.
O bildirib ki, dizel kompleksinin müasirləşdirilməsi üzrə işlərin 2020-ci ilin sonunadək başa çatması planlaşdırılır.
İ.Əhmədovun sözlərinə görə, həmin işlər daxili bazarı Avro-5 standartlı yanacaqla təmin etməyə imkan verəcək:
“Buraya ilk növbədə dizel yanacağı aiddir. Müasirləşmə həmçinin Avro-5 standartına uyğun 92-95-98 oktanlı benzin istehsal etməyə imkan verəcək”.
O əlavə edib ki, istehsal olunan məhsul tam şəkildə daxili bazarda tələbatı təmin edəcək, qalan həcmlər isə ixrac olunacaq.
Reytinq: