Heqiqet.Az » tehsil » Xalqımızın tarixində Heydər Əliyevin xüsusi yeri var


Xalqımızın tarixində Heydər Əliyevin xüsusi yeri var

6-12-2018, 12:29
Çap et
Xalqımızın tarixində Heydər Əliyevin xüsusi yeri var Rəfiqə Rəsulova,
Bakı şəhəri 212 nömrəli
tam orta məktəbin kimya müəllimi,
"Qabaqcıl təhsil işçisi"
media medalı mükafatçısı


Bu günlərdə Rəfiqə müəllim "Heqiqet.az” saytının keçirdiyi rəy sorğularına əsasən təhsil sahəsindəki uğurlu fəaliyyətinə görə “Şöhrət" media mükafatı ilə təltif edilmişdir.
Bu münasibətlə Rəfiqə xanımı təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.


Rəfiqə Rəsulova 7 iyul 1966-cı ildə anadan olub. 1973-1983-cü illərdə Ağdaş şəhəri 1 saylı orta ümumtəhsJI məktəbində təhsil alıb.
1985-1990-cı ilərdə ADPU Kimya və biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1991-1996-cı ilərdə Ağdaş şəhəri 8 saylı illərdə Bakı şəhərı 212 saylı orta ümumıtəhsıl məktəbində kimya və biologiya müəllimi işləyib.
2003-2004-cü tədris ilində "İlin pedaqoji mühazirələri"nin rayon turu müsabiqəsində II yer. 2004-cü il Beynəlxalq müəllim günü münasibətilə fəxri fərmanla təltif olunmuşdur. 2005-ci II "İlin ən yaxşı müəllimi" müsabiqəsinin rayon mərhələsində II yeri tutub.
2007-ci il pedaqoji sahədə uzun müddətli səmərəli fəaliyyətinə, gənc nəslın təlim-tərbiyəsində qazandığı uğurlara və Beynəlxalq müəllim günü münasibətilə fəxri fərmanla təltif olunub. 2013-cü il kimya fənni üzrə müasir metodlara əsaslanan ixtisasartırma kursu, 2014-cu II Kimya fənn kurikulumunun tədbiqi ilə əlaqədar "Öyrədənlərin öyrədəni" kursu "Təlimçi" statusu, 2014-cü il Həyatı bacarıqlara əsaslanan təhsil uzrə təlim kursunu bitirib.
Hazırda 212 nömrəli tam orta məktəbdə kimya müəllimi işləyir.
***
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının nailiyyətlər qazanması üçün, müstəqilliyimizin reallığa çevrilməsi üşün çox böyük işlər gördü. Ümummilli liderin Azərbaycan xalqı və müstəqilliyimiz üçün gördüyü böyük işləri bir daha yada salır, onun adını daha da ucaltmağa çalışırıq.
Heydər Əliyev bir şəxsiyyət kimi Azərbaycan xalqının bağrından qopmuş, içərisində yetişmişdi. Heydər Əliyev həm də bir siyasətçi, dövlət adamı kimi və xalqının tarixi taleyində oynadığı rola görə fenomenal şəxsiyyətdir.
Heydər Əliyevin adının bu gün dünya tarixində Rusiyadan Böyük Pyotr, Almaniyadan Bismark, Fransadan general Şarl de Qoll, Türkiyədən Atatürklə yanaşı çəkilməsi çox şeydən xəbər verir. Heydər Əliyev Azərbaycan xalqı üçün, müstəqil dövlətimizin yaşaması üçün böyük xidmətlər göstərib.
Bu böyük şəxsiyyət heç kəsə müyəssər olmayan bir iş gördü: Azərbaycan dövlətinin bundan sonra yüz illərlə gedəcəyi inkişaf yolunu müəyyən etdi. Bu gün siyasi, iqtisadi sahələrdə qazandığımiz möhtəşəm uğurların müəllifi məhz Heydər Əliyevdir.
Hər bir vətəndaş öz imkanları çərçivəsində və özünün fəaliyyət yerində vətən üçün çox işlər görə bilər. Vətən üçün görülən işlərin isə böyüyü-kiçiyi olmur. Bu, dövlətçilik məsələlərində düzgün mövqe seçilməsi, ölkədə gedən quruculuq işlərində hər kəsin öz layiqli yerini tutması, vətənpərvər olmaq və vətənpərvərliyi ailədə övladlarında formalaşdırmaq məsələsidir.
Hər bir insanın öz hazırlığı üzərində daim işləməsi də əsl mənada vətənpərvərlik deməkdir. Hər bir azərbaycanlı doğrudan da vətənpərvər olarsa, bizim ölkəmiz yenilməz olar. Eyni zamanda vətənimiz qarşısında həll olunmayan məsələ qalmaz.
Vətəndaş tərbiyə etmək lazımdır ki, çalışdığı hər sahədə öz vətənpərvərliyini göstərsin, fəaliyyətində Azərbaycanın adını uca tutsun və vətənin müdafiəsində də fədakarlığa hazır olsun.
Bu gün böyüməkdə olan nəsillər bizlərdən nümunə götürürlər. Ona görə də bizim səhv etməyə ixtiyarımız yoxdur, çünki Azərbaycanın gələcəyi olan nəsillər ilk növbədə bizdən yaxşı nümunə götürməlidirlər.
Dövlətimizin qüdrətlənməsində ordu faktoru həddən artıq güclüdür. Heydər Əliyevin Milli Ordumuzun bünövrəsinin qoyulmasında misilsiz xidmətləri vardır. Bu gün ordu quruculuğu məhz onun göstərdiyi yolla davam etdirilir. Hər il büdcəmizdə orduya ayrılan vəsait xeyli artırılır. Əgər dörd il bundan əvvəl hərbi büdcəmiz təxminən 130 milyon dollar idisə, bu il bu rəqəm artıq 1 milyard 300 milyon dollara gəlib çatmışdır. Yeni vəsait 10 dəfə artıbdır və bu artım bundan sonra da davam edəcək. Ölkəmiz özünün hərbi sənaye kompleksini yaradıb və artıq bu sahənin məhsulları dünya bazarına çıxarılır.
Bu özü göstərir ki, Azərbaycan hökuməti ordu quruculuğuna dövlətçiliyin çox vacib bir sahəsi kimi baxır. Bu gün Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hərbi tədqiqat mərkəzləri tərəfindən Cənubi Qafqaz regionunun ən güclü ordusu hesab edilir. Amma bir məqamı da bilmək lazımdır. Heydər Əliyevin qarşısında duran problemlərin bir çoxu çətinliyinə görə unikal idi. Ancaq ümummilli lider o müşkül probiemləri həll etməyi bacarırdı. Heydər Əliyev irsi bu gün dünyanın bir çox politoloji mərkəzləri tərəfindən çox diqqətlə öyrənilir. Onun yanaşma prinsipi, dövlətçilik problemlərinin həlli mexanizmi digər dövlətlərdə analoji situasiyalarda tətbiq edilə bilər. Vətənpərvərlik Azərbaycana sədaqətlə xidmət etməyi, vətənə təmənnasız qulluğu özündə ehtiva edir. Azərbaycanı sevməyin, ona xidmət etməyin nümunəsini Heydər Əliyev bizə əyani surətdə göstərdi. Ümummilli lider Heydər Əliyev öz əməli və Azərbaycan xalqı qarşısında xidmətləri ilə vətənpərvərliyin necə olduğunu göstərdi. Prezident İlham Əliyev də bu gün bu nümunəni yüksək səviyyədə davam etdirir.
Azərbaycana bağlı olmaq, ona xidmət etmək üçün vətəndən nəsə ummaq, gözləmək lazım deyil, əksinə, vətən üçün nəsə etmək lazımdır. Bu zaman vacib deyil ki, hər kəs böyük bir konsepsiya irəli sürsün.
Ulu öndər Heydər Əliyev gənc müstəqil dövlətimizin qarşısına çıxan problemlərin, ilk növbədə özünün təhlükəsizlik məsələlərini, xüsusilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzü məsələsini beynəlxalq təşkilatlar vasitəsilə ümumavropa təhlükəsizliyi səviyyəsinə çıxarmaqla beynəlxalq hüquq normaları əsasında regionda sülhün təmin edilməsi üçün həmin təşkilatların təsir imkanlarından istifadə etməyə çalışırdı. Eyni zamanda, ölkəmizdə islahatlar həyata keçirmək və Avratlantik məkana daha sürətlə inteqrasiya olmaq üçün bir sıra beynəlxalq və regional təşkilatlarla çoxtərəfli əlaqələrin yaradılması istiqamətində praktik addımlar atılırdı. Avropa məkanına və Avratlantik təhlükəsizlik institutlarına və strukturlarına inteqrasiya proseslərinin sürətləndirilməsi eyni zamanda dövlət quruculuğu prosesində qarşılıqlı problemlərin həll edilməsi və həmin təşkilatların iqtisadi və siyasi potensiallarından istifadə edilməsi baxımından da əhəmiyyətli idi. Həmin dövrdə beynəlxalq birliyi Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyinə inandırmaq, milii maraqları dünya dövlətlərinin kəsişən və toqquşan mənafeləri ilə uzlaşdırmaq, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə beynəlxalq təminat almaq üçün cox ciddi səylər tələb olunurdu. Avropa ilə Asiyanın kəsişmə nöqtəsində yerləşən və əlverişli geosiyasi mövqeyə, eyni zamanda zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan Respublikası Avropa İttifaqına üzv dövlətlərin maraq dairəsinə daxil olmaqla yanaşı, ölkəmizin siyasi və iqtisadi inkişafı baxımından da son dərəcə əhəmiyyətli idi. Bu baxımdan Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması və onun infrastrukturunun inkişaf etdirilməsi xüsusi önəm daşıyırdı. Sonradan həmin layihənin reallaşdırılması və 1994-cü ildə "Əsrin müqaviləsi" adlandırılan neft müqaviləsinin imzalanması ölkəmizin yeni neft strategiyasının yaradılmasında xüsusi rol oynamışdır.
Ötən əsrin əvvəllərində yaranmış tarixi şəraitdən yararlanaraq dövlət müstəqilliyini elan etmiş Azərbaycan xalqı bu nemətin şirinliyini uzun müddət dada bilməmiş, cəmi 23 ay yaşayan milli hökumət 1920-ci ilin aprelində bolşevik qaragüruhu tərəfindən devrilmiş, xalqın milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğulmuşdur.
Hər bir xalqın milli kimliyi onun əsrlər boyu siyasi varislik ənənələri üzərində formalaşan və zənginləşən dövlətçilik irsində dolğun təcəssümünü tapır. Milli dövlətçiliyin qorunması və möhkəmləndirilməsi bu mənada təkcə tarixi şans və milli iradə nümayişi ilə deyil, həm də xa-rizmatik lider amili ilə bağlıdır.
Dünya təcrübəsi göstərir ki, fenomenal keyfiyyətlərə, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmişlər. Azərbaycan xalqının milli dövlətçilik şüurunun formalaşması və möhkəmlənməsi prosesi, eyni zamanda onun müstəqil, azad dövlətdə yaşamaq arzusu müəyyən səbəblərdən minilliklər boyu müxtəlif maneələrlə üzləşmiş, gerçəkliyə çevrilməmişdir. Xalqımızın bu gün də qürurla andığı böyük sərkərdələr - Cavanşir, Atabəy Eldəgiz, Qazan xan, I Şah İbrahim, Şah İsmayıl Xətai, Fətəli xan kimi şəxsiyyətlər Azərbaycanı vahid dövlət bayrağı altında birləşdirməyə, davamlı milli dövlət qurmağa çalışsalar da, obyektiv və subyektiv səbəblərdən qarşıya qoyduqları müqəddəs məramı sonadək reallaşdıra bilməmişlər.
Reytinq: