Çexiya prezidenti sanksiyaları faydasız sayır11-12-2018, 10:23
Çap et Çexiya Prezidenti Miloş Zeman Rusiya ilə Qərbin bir-birinə tətbiq etdikləri sanksiyalar barədə məhz belə mənfi fikir söyləyib. "Rusiya əleyhinə sanksiyalar faydasızdır”, - deyən Çexiya Prezidenti bildirib ki, Avropa İttifaqının Rusiyaya münasibətdə sanksiyalarının ləğv edilməsinə, məsələn, İtaliya, yaxud "Vışeqrad dördlüyü” kömək edə bilərdi. M.Zeman qeyd edib ki, Rusiyadan və digər dövlətlərdən fərqli olaraq, Avropa İttifaqında güclü lider yoxdur. O deyib: "Çinin güclü lideri var, Amerikanın güclü lideri var. Lütfən, mənə Avropa İttifaqı səviyyəsində güclü bir lider tapın. Sağa-sola baxıram, düz baxıram, dönüb geriyə baxıram, güclü lideri, sadəcə, görmürəm”. Çexiya Prezidenti RF ilə NATO arasında hərbi münaqişə ehtimalını da təkzib edərək deyib: "Mən hərbi hücumun ola biləcəyinə inanmıram”. O, "Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında Müqavilə ilə bağlı tərəfləri raketlərin texniki parametrlərini müzakirə etməyə çağırıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
