Konsulluğumuz Los Ancelesin kimsəsiz və evsiz-eşiksiz sakinləri üçün süfrə açıb13-12-2018, 12:09
Çap et Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun sədri Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları Los Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər. Tədbirdən öncə baş konsul N.Ağayev “Los Anceles Missiyası”nın rəhbərliyi ilə görüşüb. Görüş zamanı təşkilat rəhbərliyi bu xeyriyyə aksiyasına evsahibliyi etməsindən məmnunluq ifadə edib və bu aksiyanın nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığı bildirilib. Baş konsul N.Ağayev ümummilli lider Heydər Əliyevin ölkəmiz üçün əvəzsiz xidmətlərindən danışaraq, onun Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub getdiyini bildirib. Baş Konsulluğun dəvətilə xeyriyyə tədbirinə qatılan Los Ancelesin xristiyan dini icmasının nüfuzlu xadimlərindən olan, ABŞ-ın Milli Latino Yevangelist Koalisiyasının vitse-prezidenti Valter Kontreras, Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən, dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük önəm verən və humanizm prinsiplərini daim yüksək tutan görkəmli dövlət xadimi olduğunu qeyd edib. Aksiya çərçivəsində gün ərzində Los Ancelesin 1000-dək kimsəsiz və evsiz-eşiksiz sakinlərinə yeməklər paylanılıb. Qeyd olunmalıdır ki, 50 mindən çox kimsəsiz və evsiz-eşiksiz insanın yaşadığı Los Anceles ABŞ-da bu göstəriciyə görə Nyu Yorkdan sonra ikinci yeri tutur və bu problem şəhərin üzləşdiyi ən ciddi problemlərdəndir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
