Oqtay Əsədov: Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib14-12-2018, 11:33
Çap et Bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında Milli Məclisin sədri Oqtay Əsədov deyib. O.Əsədov bildirib ki, çox böyük intellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər: “Əminəm ki, məhz yeni dünya nizamının formalaşmasında gənclər mühüm rol oynamalıdırlar. Azərbaycanda gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb edilirlər”. Spiker qeyd edib ki, gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Azərbaycan gəncləri parlamentdə də önəmli mövqelərə malikdirlər. Onlar qanunvericilik və qanunyaratma prosesi ilə bağlı, gündəlik işlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarının fəaliyyətində yaxından iştirak edirlər”. O.Əsədov Parlamentlərarası İttifaqın bu mötəbər toplantısının Bakıda keçirilməsinin Azərbaycanın siyasi həyatında çox önəmli bir hadisə olduğunu diqqətə çatdırıb: “Mən inanıram ki, Qlobal konfransda 5 qitəni, 44 ölkəni təmsil edən gənc parlament üzvləri Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan barəsində dolğun və ətraflı məlumat alacaq, müxtəlif mədəniyyətlərin Vətəni olan ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
