Heqiqet.Az » sosial » Bakı sakini öz bağını heyvan sığınacağına çevirdi - Fərid Mansurov 350 -dək itə qayğı göstərir - VİDEO


Bakı sakini öz bağını heyvan sığınacağına çevirdi - Fərid Mansurov 350 -dək itə qayğı göstərir - VİDEO

16-12-2018, 22:36
Çap et
Bakı sakini öz bağını heyvan sığınacağına çevirdi - Fərid Mansurov 350 -dək itə qayğı göstərir - VİDEO Bakı sakini öz bağında heyvanlar üçün sığınacaq düzəldib.
O, sığınacaqda 350 -dək itə qayğı göstərir. Sığınacaqda şikəst və ya xəstə itlərin normal yaşaması üçün hər cür şərait yaradılıb. Üstəlik, qəhrəmanımız sahiblərinin məsuliyyətsiz yanaşdığı itləri də pulla alıb sığınacağa gətirir.
Xezerxeber.az-ın məlumatına görə, heyvanların əksəriyyəti ölümdən qurtarılaraq bura gətirilib.
Xeyirxah işi Bakı sakini Fərid Mansurov edib. O, şəxsi bağının 20 sotluq ərazisini sahibsiz itlərə bağışlayıb. Burada sədaqətli heyvanlara sanki ikinci həyat bəxş olunub. Sığınacaqda ümumilikdə 350-dək it yaşayır. Buranı "Gözəl dünya" adlandıran Fərid, sədaqətli heyvanlara sevə-sevə qayğı göstərir. Bunun üçün nə pulunu, nə də vaxtını əsirgəyir. O, sığınacaqdakı şikəst və ya xəstə itlərin normal yaşaması üçün hər cür şərait yaradıb. Üstəlik, qəhrəmanımız sahiblərinin məsuliyyətsiz yanaşdığı itləri də pulla alıb bura gətirir.
Fərid deyir ki, sığınacaqda bəslənən itlər insanlara yenidən etibar etməyi öyrənirlər.
Qeyd edək ki, istəyənlər "Gözəl dünya"dan it götürüb saxlaya bilərlər.

Reytinq: