Lukaşenko: Belarusda ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda17-12-2018, 12:28
Çap et Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın KİV nümayəndələri ilə görüşündə deyib. A.Lukaşenko Azərbaycana silah satışı ilə bağlı Yerevanın Minskin ünvanına səsləndirdiyi tənqidlərə toxunaraq MDB sammitində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla söhbətinin təfərrüatlarını danışıb: "İlham Əliyevin də iştirak etdiyi MDB sammiti çərçivəsində Putinin yanında ona (Paşinyan - red.) dedim: "Nikol, gəl məsələyə nöqtə qoyaq. Azərbaycana silah satışında ilk yeri hansı ölkə tutur? Rusiya. Hə, nə oldu, dilini uddun? Buyur, Vladimir Vladimiroviçi tənqid elə. Hə, nədir, qorxursan? Bu siyahıda Belarus - "Polonez"ləri nəzərə almaqla - 4 və ya 5-ci yeri tutur. "Polonez"lər yoxdursa, 10-cu olacağıq. Mənə hücum edirsən ki, başqaları anlasın? Sən de, mən susacağam". Söhbət belə oldu. Mən nədə haqsızam? İndi mən antierməni sayılıram? Bizdə ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
