Dünyanı ŞOKA SALACAQ TƏHDİD - Nüvə silahından imtina etməyəcəyik, əgər...20-12-2018, 18:21
Çap et Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın nüvə təhdidi aradan qaldırılmadığı müddətcə nüvə silahından imtina etməyəcəyini və nüvə silahı istehsal edəcəklərini açıqlayıb. Qeyd edək ki, bu, son bir həftə ərzində KXDR-dən edilən ikinci analoji xəbərdarlıqdır. Bir neçə gün əvvəl Pxenyan ABŞ-ın siyasəti ilə əlaqədar denuklearizasiyadan (müvəsizləşmə -red.) imtina variantına baxdığını bəyan edib. Şimali Koreyanın STAK agentliyinin xəbərinə görə, KXDR-in Xarici İşlər Nazirliyi yanında ABŞ-ın işləri üzrə İnstitut Vaşinqtonun hərəkətlərindən narazılığını ifadə edib. Söhbət Pxenyana təzyiqdən gedir. Şərhin müəlliflərinin sözlərinə görə, belə hərəkətlər Pxenyanın denuklearizasiyadan həmişəlik imtinaya gətirib çıxara bilər. KXDR-də hesab edir ki, sanksiyaların intensivliyinin artırılması və insan hüquqları ətrafında səs-küyün yaradılması üzrə davranışlar yalnız əks effektə gətirib çıxaracaq. Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub. Tramp və Kim Çen In danışıqların nəticəsinə görə, Koreya yarımadasının tam denuklearizasiyasına razılaşıblar. ABŞ isə Şimali Koreyaya təhlükəsizlik zəmanətini verməyi öhdəsinə götürüb. Ötən ay isə KXDR ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bu həftə keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv edib. Danışıqlarda ABŞ prezidenti ilə KXDR lideri Kim Çen In arasında ikinci sammitin keçirilməsi və Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələləri müzakirə olunmalı idi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
