Heqiqet.Az » dunya » İraq Suriyaya qoşun yeridəcək - Baş nazir


İraq Suriyaya qoşun yeridəcək - Baş nazir

25-12-2018, 11:09
Çap et
İraq Suriyaya qoşun yeridəcək - Baş nazir Dekabrın 23-də İraq Nazirlər Kabinetində Təhlükəsizlik Şurasının iclası keçirilib
ABŞ qoşunları Suriyadan çıxdıqdan sonra İraq hakimiyyəti Suriyaya qoşun yeridə bilər.
Bu fikirləri İraqın baş naziri Adil Abdul-Maxdi səsləndirib.
Onun sözlərinə görə, İraq öz sərhədlərinin təhlükəsizliyini qorumaq üçün bu addımı ata bilər.
Mənbə bildirir ki, dekabrın 23-də İraq Nazirlər Kabinetində Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda vurğulanıb ki, ABŞ qoşunları Suriya ərazisindən çıxarıldıqdan sonra hər hansı bir xarici təhlükənin qarşısını almaq üçün bütün imkanlardan istifadə edilməlidir.
Xatırladaq ki, Tramp dekabrın 19-da Suriyada İŞİD üzərində qələbə çalındığını deyib. Bir gün sonra isə Ağ Ev qoşunlarının bu ölkədən çıxarılacağını anons edib.
Reytinq: