Heqiqet.Az » iqtisadiyyat » Bakıda mənzil bazarı ilə bağlı son durum - BAHALAŞMA VAR


Bakıda mənzil bazarı ilə bağlı son durum - BAHALAŞMA VAR

31-12-2018, 13:55
Çap et
Bakıda mənzil bazarı ilə bağlı son durum - BAHALAŞMA VAR 2018-ci ilin noyabr ayında Bakıda yeni mənzillərin qiymətində bahalaşma, köhnə mənzillərin qiymətində isə ucuzlaşma qeydə alınıb.
Bu barədə, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 2.94 faiz olub və 1 kvadrat metrin qiyməti orta hesabla 1260 manat təşkil edib.
Ekspert ay ərzində təkrar mənzil bazarında qiymətlərdə 2.5 faiz azalma olduğunu qeyd edib. Onun sözlərinə görə, təkrar mənzil bazarında bir kvadrat metrin qiyməti orta hesabla 1656 manat olub.
N.İbrahimovun sözlərinə görə,Bakıda yeni binaların tikintisində artım dayanıb. O qeyd edib ki, əvvəlki aylarda hər ay yeni bina bünövrələri qoyulurdu, lakin son aylar ərzində bu proses zəifləyib.
Reytinq: