Heqiqet.Az » tehsil » SDU-da "Açıq qapı" günü keçirildi


SDU-da "Açıq qapı" günü keçirildi

8-01-2019, 17:39
Çap et
SDU-da "Açıq qapı" günü keçirildi Sumqayıt Dövlət Universitetində bütün prioritetlər müasir təhsilin dövlət zəminlərinə əsaslanır və rəhbərlik bu istiqamətdə geniş işlər görür

Dövlətimizin təhsil proqramları milli zəminlərin prioritet hal alması üçün başlıca vəzifələr qoyub. Bu vəzifələr son illər tədris ocaqlarında sivil proqramlarla müşayiət edir. Bu mənada, Sumqayıt Dövlət Universitetində də mümkün ictimai-ideoloji prinsiplər bir qayda olaraq xoş ovqat yaradır. Universitet rəhbərliyi dövlət proqramlarının təhsil prioritetləri ilə balğı mexanizmlərini qabarıq və ictimatyyətə uyğun tərzlərlə həyata keçirir. Məsələn, yanvarın 8-də Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı ilə 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına dair ənənəvi “Açıq qapı” günü də dediklərimizin bariz ifadəsidir. Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov təhsildəki prioritet uğurlardan bəhs edərək vurğuladı ki, bu gün universitetimizdə yaradılmış münbit şərait məhz həmin ideoloji prinsiplərin bir qanunauyğunluğudur və biz rektorumuz Elxan Hüseynovun bu tədris müəssisəsinə qayğısının bariz səciyyələri ilə qarşımıza qoyduğumuz vacib məsələlərə nail oluruq. Məhz bu «Açıq qapı» da həmin ənənəvi prosesin bir məntiqidir.
Prorektor payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahanın qaydaları barədə də ətraflı danışdı, sessiya zamanı tələbələrin biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi istiqamətində lazımi tədbirlərin görüldüyünü xüsusi diqqətə çatdırdı. Həm də dedi ki, imtahanlar zamanı daxil olan şikayətlərin operativ araşdırılması, vaxtında həll edilməsi məqsədi təhsil naziri cənab Ceyhun Bayramovun müvafiq əmrinə əsasən universitetdə imtahan qərargahı fəaliyyət göstərir, bu istiqamətdə bütün mümkün və zəruri addımlardan geniş yararlanırıq. Həmçinin universitetin əməkdaşlarından ibarət rəsmi qaydada təyin olunmuş qeyri-ixtisasdan olan nəzarətçilər və imtahan rəhbərləri tərəfindən imtahanların gedişinə ciddi nəzarəti gücləndirir, bu qaydalar əsasında tələbə və təhsil münasibğətlərinin daha da formalaşmasına nail olunur.
Prorektor onu da vurguladı ki, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, ixtisaslara dərindən yiyələnməsi uiversitetin rektoru professor Elxan Hüseynovun diqqət mərkəzindədir, cənab rektor təhsil islahatları əsasında bu ali tətdris ocağı üçün geniş imkanlar açır. Elə bunun nəticəsidir ki, universitetin rəhbərliyi, valideynlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri imtahan prosesini müşahidə edə bilirlər. Necə ki, bu gün siz özünüz bunun canlı şahidləri oldunuz.
KİV nümayəndələri imtahanların vəziyyətini öyrənmək üçün tələbələrə suallar ünvanladılar. Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Əli Miriyev, Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Nigar Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Qafar İsmayılzadə, Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Təranə Həkimli və digərləri yaxşı hazırlaşdıqlarını, imtahanların gedişindən razı qaldıqlarını bildirdilər. Qeyd etdilər ki, sualların hamısı keçdikləri mövzuları əhatə edir.
Valideynlər qismində Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Emil Məmmədovun atası Rövşən Məmmədov, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Qismət Muradovanın atası Şahin Muradov, Kimya və biologiya fakültəsinin I kurs tələbəsi İsmayıl Sailovun atası Səmiəddin Sailov, İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi Əkbər İsayevin anası Səbirə İsayeva, Filologiya fakültəsinin III kurs tələbəsi Aytən Bədəlovanın anası Elnurə Bədəlova, Filologiya fakültəsinin II kurs tələbəsi Aytən Mehdizadənin anası Şəfəq Məmmədova, Riyaziyyat fakültəsinin II kurs tələbəsi Nərmin Həmzəyevanın atası Gülməmməd Həmzəyev iştirak edərək imtahan prosesinin onları qane etdiyini bildirdilər, universitetdə bu gün keçirilən bütün imtahanlar zamanı şəffaflığın təmin olunduğunu diqqətə çatdırdılar. Qeyd etdilər ki, tələbələr rahat, sərbəst şəkildə imtahan verirlər. Burada semestr boyu öyrəndiklərini imtahan zamanı nümayiş etdirən tələbənin biliyi lazımi səviyyədə qiymətləndirilir. Yaradılan obyektiv şəraitə görə universitetin rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Sonra nümayəndə heyəti ilə görüşən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması barədə məlumat verdi. Bildirdi ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir. Sessiya başlayandan bugünədək apelyasiya komissiyasına 14 nəfər tələbə müraciət edərək, qiymətlərini artırıblar. Prorektor onu da diqqətə çatdırdı ki, imtahanlara şəxsən universitetin rektoru professor Elxan Hüseynov özü nəzarət edir. Rektor qəbul günündən başqa, sessiya müddətində hər gün tələbə və valideynləri qəbul edir, onları dinləyir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir. Açığı, biz özümüz dəfələrlə prorektor dosent Natiq Talıbovun imtahan-semestr zərurətlərinin iştirakçısı olmuş, tələbə və mühit, tələbə və universitet, nəhayət, tələbə və cəmiyyət resurslarının sırf qanuna hesablandığını müşahidə etmişik. Bu da o anlama gəlir ki, Sumqayıt Dövlət Universitetində bütün prioritetlər müasir təhsilin dövlət zəminlərinə əsaslanır və rəhbərlik bu istiqamətdə geniş işlər görür.
Mən şəxsən SDU-da keçirilmiş «Açıq qapı» günündə iştirak etməklə, həm də hadisələrin iştirakçısına çevrildim, oradakı uğur və nailiyyətləri öz gözlərimlə gördüm, bir daha inandım kt, rektor Elxan Hüseynov milli təhsilin dövlət əsaslarını zəruri qaydada universitetdə tətbiq edir. Əlbəttə, onun bu addımları xüsusi alqışa layiqdir və çox arzu edərdim ki, bütün ali təhsil müəssisələrində ictimai dərketmələr məhz buradakı kimi olsun.

İlkin Əzizxanoğlu

SDU-da "Açıq qapı" günü keçirildiSDU-da "Açıq qapı" günü keçirildiSDU-da "Açıq qapı" günü keçirildiSDU-da "Açıq qapı" günü keçirildiSDU-da "Açıq qapı" günü keçirildiSDU-da "Açıq qapı" günü keçirildiSDU-da "Açıq qapı" günü keçirildi
Reytinq: