Heqiqet.Az » dunya » Meksikada benzin böhranı paytaxta çatdı


Meksikada benzin böhranı paytaxta çatdı

9-01-2019, 11:18
Çap et
Meksikada benzin böhranı paytaxta çatdı Meksikada bir neçə gündür müşahidə olunan benzin böhranı artıq paytaxta qədər çatıb.
Paytaxt Mexikoda ötən gündən bəri yanacaqdoldurma məntəqələrində növbələr yaranıb, bəzilərində isə yanacaq yoxluğu yaşanır.
Dövlət neft şirkəti olan "Remex” isə bəyan edib ki, paytaxt və ona aid rayonlarda benzin ehtiyatı ilə bağlı böhran yoxdur. Şirkət bəyanatında əhalini təşvişə düşərək yanacaq növbələrinə dayanmamağa və yanacaq defisiti ilə bağlı təxribatlara uymamağa səsləyib.
Qeyd edək ki, dünyanın ən iri neft istehsalçılarından olan Meksikada ilin əvvəlindən bəri benzin böhranı yaşanır.(
Reytinq: