Heqiqet.Az » iqtisadiyyat » Dünya Bankı: Azərbaycan iqtisadiyyatı yaxın illərdə əhəmiyyətli artım nümayiş etdirəcək


Dünya Bankı: Azərbaycan iqtisadiyyatı yaxın illərdə əhəmiyyətli artım nümayiş etdirəcək

9-01-2019, 16:40
Çap et
Dünya Bankı: Azərbaycan iqtisadiyyatı yaxın illərdə əhəmiyyətli artım nümayiş etdirəcək Dünya Bankı 2019-cu ildə Azərbaycanda 3,6 faiz həcmində iqtisadi artım proqnozlaşdırır.
Proqnozlara əsasən, 2020 və 2021-ci illərdə Azərbaycanda bu göstərici müvafiq olaraq 3,3 və 2,7 faiz təşkil edəcək.
Azərbaycanın daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda isə artım tempi bu il 2,3 faiz, 2020 və 2021-ci illərdə 2,7 və 2,9 faiz səviyyəsində proqnozlaşdırılır.
Ümumilikdə proqnozlara əsasən, 2019-cu ildə dünya iqtisadiyyatının artım tempi 2,9 faizədək azalacaq. 2020 və 2021-ci illərdə iqtisadi artım tempi 2,8 faiz həcmində gözlənilir.
Reytinq: