Heqiqet.Az » iqtisadiyyat » Naxçıvanda keyfiyyətsiz məhsullar satışdan çıxarılıb


Naxçıvanda keyfiyyətsiz məhsullar satışdan çıxarılıb

10-01-2019, 11:58
Çap et
Naxçıvanda keyfiyyətsiz məhsullar satışdan çıxarılıb Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 2018-ci ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirlib.
İclasda ötən il görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, agentliyin əsas fəaliyyət istiqaməti kimi istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işi xüsusilə diqqətdə saxlanılıb, ötən il ərzində məhsulların 1532 halda, o cümlədən qida məhsullarının 1428 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilib. Ümumilikdə, 2018-ci il ərzində istehlak bazarında məhsulların keyfiyyətinə və müvafiq standartlara uyğunluğuna nəzarətin davam etdirilməsi barədə verilmiş tapşırıqların icrası istiqamətində standartların tələblərinə uyğun olmayan 29811 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsul satışdan çıxarılıb.
Reytinq: