Sosial media ürək xəstələri üçün risk yarada bilər11-01-2019, 15:28
Çap et Sosial şəbəkələrdə aktivliyi artırmaq, daha çox izləyici əldə etmək üçün bəzən qorxu videoları paylaşılır. Lakin mütəxəssislər bildirir ki, bu cür paylaşımlar xüsusi qrup insanlar üçün müəyyən risk yarada bilir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qorxu videoları ürək xəstələri üçün böyük risk yarada bilir. Mütəxəssislərin məlumatına görə, xüsusən də ürək xəstəsi olduğunu bilməyən şəxslər üçün bu cür paylaşımlar sağlamlıq üçün böyük təhdid hesab edilir. "Zamanla yanaşı xəstəliklərin yaşı da dəyişib. Yaşadığımız həyat tərzi insanı yorur, gərginləşdirir. Artıq həyatımız bir qəlibdən ibarət olmağa başlayıb. Bu qəlib sırasında sosial şəbəkə həyatımız da mühüm yer tutur. Lakin bəzən burada yayımlanan videolar ürək çırpıntısı artıraraq risk yarada bilir. Xüsusən də qorxu videoları ürəkdə ciddi fəsadlar yarada bilir" – deyə türkiyəli həkimlər bildirib. Həkimlər belə iddia edir ki, son zamanlar ürək xəstələri, infarktların sayının artmasında sosial medianın rolu danılmazdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
