Demo Sayt » iqtisadiyyat » Azərbaycan mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır


Azərbaycan mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır

14-01-2019, 13:49
Çap et
Azərbaycan mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır.
Bunu AMFA-nın icraçı direktoru Jalə Hacıyeva deyib.
Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, mikrokredit təşkilatlarının təkrar maliyyələşdirilməsi xarici yox, yerli valyutada aparılsın:
"Ona görə də xarici vəsaitlərin hedcləndikdən sonra Azərbaycana daxil olması məqsədəuyğundur".
J.Hacıyeva həmçinin qeyd edib ki, apreldə adətən investorlar Azərbaycana səfər edir və potensial müştərilərlə görüşür:
"Biz inanırıq ki, bir sıra mikrokredit təşkilatları təkrar maliyyələşdirilmə ilə bağlı xarici investorlarla müqavilələr imzalayacaq".
Reytinq: