Ələt-Astara yolu ödənişli əsasa keçiriləcək24-01-2019, 12:55
Çap et Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəisi Əflatun Qasımov Trend-ə müsahibəsində xatırladıb ki, 2018-ci il sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatan, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsini təşkil edən, uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılış mərasimi keçirilib. Ə.Qasımov bildirib ki, hazırda Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun 31-201 kilometrlik hissəsinin ödənişli əsasa keçirilməsi üçün müvafiq işlər görülür. O vurğulayıb ki, yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına gətirib çıxaracaq. Bundan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov demişdi ki, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolu 2019-cu ildən ödənişli ola bilər: "Yollarda ödəniş üçün turniketlər artıq Cənubi Koreyadan sifariş verilib. Yaxın günlərdə həmin turniketlərin gətirilərək yolda quraşdırılmasına başlanacaq. Turniketlər quraşdırılandan sonra yol ödənişli olacaq. 2019-cu ildən yolun ödənişli olması nəzərdə tutulur". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
