Demo Sayt » idman » Futbolçunun içində olduğu təyyarənin qalıqları tapıldı


Futbolçunun içində olduğu təyyarənin qalıqları tapıldı

31-01-2019, 10:47
Çap et
Futbolçunun içində olduğu təyyarənin qalıqları tapıldı Fransadan Uelsə uçarkən hava radarlarından naməlum şəkildə yox olan gənc futbolçu Emiliano Salanın olduğu təyyarənin qalıqları tapılıb.
Bu barədə Hava Qəzalarını Araşdırma Şöbəsi informasiya yayıb.
"Sky Sport”un xəbərinə görə, ikinci dəfə başladılan axtarış əməliyyatları nəticəsində hələ ki, bu qədər irəliləyiş əldə edilib.
Qeyd edək ki, Emiliano Sala Fransa liqasında mübarizə aparan "Nants” komandasından "Kardiff Siti” komandasına transfer olunmuş, yeni komandasının düşərgəsinə qatılmaq üçün xüsusi təyyarə ilə yola çıxmışdı.
Reytinq: