Azərbaycan UEFA reytinqində 3 pillə irəlilədi21-08-2015, 18:12
Çap et Azərbaycan UEFA reytinqində tarixi nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra açıqlanan siyahıda ölkəmiz 26-cı pillədə yer alıb.Bu, Azərbaycan futbolu tarixində ən yüksək nailiyyətdi. İndiyədək ən yaxşı halda 28-ci olan ölkəmiz rekordunu 2 pillə ayxşılaşdırıb. Belə uğura dünənki oyunlaradək 29-cu olan Azərbaycanın 3 pilləlik sıçrayışı səbəb olub. Belə irəliləyişin səbəbi isə “Qəbələ” və “Qarabağ”ın uğurlu çıxışıdı. Sonuncular İsveçrədə “Yanq Boyz”a 1:0 hesabı ilə qalib gəlib, hesabımıza daha 0,250 xal qazandırıb. “Qəbələ”nin evdə Yunanıstan “Panatinaikos”u ilə qolsuz heç-heçəsi sayəsində isə 0,125 xal əldə etmişik. Bununla da cari mövsüm yığılan əmsalımız 2,750-yə çatıb. Bunun 1,000 xalını “Qəbələ” qazanıbsa, “Qarabağ” və “İnter” hərəyə 0,750, “Neftçi” 0,250-nin səbəbkarı olub. Nəticədə 5 mövsümü əhatə edən reytinqimiz 13,250-yə yüksəlib. Bu rəqəm isə Azərbaycan futbolu tarixində daha bir rekorddu. Klublarımızın imza atdığı bu rekord 3 ölkəni arxada qoymağa kifayət edib. Bir gündə əldə olunan nəticələr hesabına Bolqarıstan, Sloveniya və Serbiyanı arxada qoymuşuq. Artıq 26-cı olan ölkəmizin növbəti irəliləyişi isə hələlik real görünmür. Çünki 25-ci olan Norveç bizi 3,000 xal qabaqlayır. Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 84,427 xal. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan UEFA reytinqində tarixi nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra açıqlanan siyahıda ölkəmiz 26-cı pillədə yer alıb.