Gənc qız burun əməliyyatından sonra öldü - həkimi günahlandırırlar4-02-2019, 14:03
Çap et Türkiyənin Adana şəhərində özəl bir xəstəxanada edilən burun əti əməliyyatından sonra qan qusmağa başlayan, qarın ağrısı keçirən, 3 gün sonra da halı pisləşib reanimasiyaya yerləşdirilən İstanbul universitetinin 1-ci kurs tələbəsi, 24 yaşlı Leyla Sönmez həyatını itirib. Gecə yatanda nəfəs çatışmazlığı yaşayan Leyla Sönmezin əməliyyatdan sonra qarnı ağrımağa başlayıb. Bundan narahat olan ailəsi dərhal həkimə müraciət edib. Həkimlərin "Qızınız naz edir, heç bir problem yoxdur. Yaxın günlərdə evə buraxacağıq” sözlərindən sonra ailə qızın sağalmasını gözləyib. Buna baxmayaraq Leylanın ağrıları artıb və qan qusmağa başlayıb. Reanimasiyaya yerləşdirilən Leyla 2 gün yaşamaq uğrunda mübarizə aparsa da, gecə yarısından sonra həyatını itirib. Qeyd edək ki, Leyla Sönmezin atası Ali Haydar Sönmez qızının əməliyyatını aparan həkimin vəkilləri vasitəsilə günahkar olduğunu bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
