Heqiqet.Az » sehiyye » İnfarkt riskini artıran məhsullar - Kolbasa, şokolad...


İnfarkt riskini artıran məhsullar - Kolbasa, şokolad...

6-02-2019, 10:18
Çap et
İnfarkt riskini artıran məhsullar - Kolbasa, şokolad... Türkiyəli professor, ürək və damar cərrahı Barış Çaynak infarkta səbəb olan qidaları açıqlayıb.
Həkimimin sözlərinə görə, doymuş yağ ehtiva edən yeməklər qaraciyərin yağlanmasına və xolesterinin artmasına gətirib çıxarır.
"Bir çox qidanın üzərində doymuş və doymamış yağların siyahısı var. Doymuş yağların istifadə olunduğu məhsulları doymamış yağlarla əvəz edin. Enerjimizin üçdə bir hissəsi yağlar təmin etməlidir. Bir qadının gündəlik yağ ehtiyacı təxminən 70 qram, kişi üçünsə 90 qram”, - deyə cərrah qeyd edib.
Həkim infarkt riskini azaltmaq üçün bu qidalardan uzaq durmağı tövsiyə edib:
Ağ şokolad, konfet, keks, pudinq və biskvit
Xəmir xörəkləri, piroq, qoğal
Kolbasa, kotlet, basdırma və yağlı ətlər
Marqarin, palma yağı
Kokos, kokos kremi
Qaymaq, krem pendir kimi çox yağlı süd məhsulları.
Reytinq: