Heqiqet.Az » sou » Röyadan Elnarəyə: “Onun harasısa ağrıyır, yaxşı bir “UZİ”yə göstərməliyik”


Röyadan Elnarəyə: “Onun harasısa ağrıyır, yaxşı bir “UZİ”yə göstərməliyik”

6-02-2019, 11:53
Çap et
Röyadan Elnarəyə: “Onun harasısa ağrıyır, yaxşı bir “UZİ”yə göstərməliyik” Əməkdar artist Röya Ayxan Murad Arifin “Popumuz var” verilişinin qonağı olub.
İfaçı proqramda həmkarı Elnarə Xəlilova haqda sərt fikirlər səsləndirib.
O, mahnısını plagiat adlandıran Elnarəyə belə cavab verib:
“Onun harasısa ağrıyır. Elnarəni yaxşı bir “UZİ”yə göstərməliyik. Özü də çox istəyirəm. O da bundan həzz alır, qoy eləsin. Evdə demişəm, aparat sifariş vermişəm”.
Röya aparıcının “W Trio”nun 20 illiyinə necə hazırlaşırsınız” sualını belə cavablayıb:
“Natavanla birlikdə konsert verərik, Elnarə də gəlib baxar”.
İfaçı həmçinin illər öncə yaşadığı çətinliklərdən bəhs edərək, məşhur olmamışdan öncə Natavan Həbibinin evində bir il qaldığını, hətta onun anasının yeməklərini yediyini etiraf edərək, münasibətləri soyuq olan həmkarına barışıq əlini uzadıb.

Reytinq: