Heqiqet.Az » sou » Afətlə Sevda arasında qalmaqal: "Sinəsini, qarnını açıb..."


Afətlə Sevda arasında qalmaqal: "Sinəsini, qarnını açıb..."

6-02-2019, 11:58
Çap et
Afətlə Sevda arasında qalmaqal: "Sinəsini, qarnını açıb..." Müğənni Sevda Sanəliyeva ilə Afət Fərmanqızı arasında qalmaqal yaşanıb.
Sevda "Nəsimi" filmindən fraqment paylaşaraq İmaməddin Nəsiminin şeirinə mahnı oxuyan Afəti tənqid edib.
"Tariximizə sahib çıxaq və hörmətlə yanaşaq. Düşmənlərimizi özümüzə güldürməyək. Bu biabırçılığı oxuyan, mənə burada yazıb, tez "bloka" niyə atırsan. Bundan betər günə qoya bilməzdi insan özünü məncə" sözləri Fərmanqızını özündən çıxarıb.
İfaçı İnstaqram səhifəsində Sevdanın ünvanına təhqirlər yazıb:
"Bu keçmişdə rəqqasəlik edən xanım, indi qarnını örtüb olub ev qızı. Nəsiminin qəzəlini paylaşıb, məni tariximizə hörmətsizlik etməkdə qınayıb öz aləmində. Gülüm bir az. Nə yaxşı işdi, gedim qarnımı və sinəmi açım, göbəyimlə pul qazanım, sonra da örtüm, tarixi dəyərlərdən danışım. Ay səni öləsən elə... Tarixi dəyərlərdən mental dəyərləri yaşadan insanlar danışa bilər. Məsələn, mənim kimi qəzəli yaşadan. Qurtarmırlar, birinin başını əzirsən, o biri qalxır. Amma pulumuz da var, adımız da. Məni qara siyahıya salıb o rəqqasəcik, yalandan da yazıb ki, guya mən etmişəm. Artıq-əskik yazsan, ailəndəki o məsələləri işıqlandıracam".

Afətlə Sevda arasında qalmaqal: "Sinəsini, qarnını açıb..."
Reytinq: