Heqiqet.Az » dunya » ABŞ Pxenyana zəmanət təklif edir: “İşıqlı gələcək qura bilərik”


ABŞ Pxenyana zəmanət təklif edir: “İşıqlı gələcək qura bilərik”

7-02-2019, 10:43
Çap et
ABŞ Pxenyana zəmanət təklif edir: “İşıqlı gələcək qura bilərik” Əgər Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsilə razılaşarsa, onda ABŞ Şimali Koreya iqtisadiyyatının yaxşılaşdırılmasına imkan verən konkret öhdəliklər götürməyə hazırdır.
Bunu ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib.
"Ayın sonunda Vyetnamda bizim Şimali Koreya rəhbəri Kim Çen Inla ikinci görüşümüz olacaq. Həmin görüşdə o göstərə bilər ki, Sinqapurda nüvəsizləşdirmə ilə bağlı verdiyi vədi yerinə yetirir. Biz isə öz növbəmizdə öhdəliklər üzrə Şimali Koreya xalqı üçün işıqlı gələcək qura bilərik. Biz bunu etməyə tamamilə hazırıq”, – deyə Pompeo vurğulayıb.
Qeyd edək ki, 27-28 fevralda Vyetnamda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında sayca ikinci görüş baş tutacaq
Reytinq: