Bakıda bir sıra avtobusların marşrutu dəyişdirildi4-05-2015, 13:25
Çap et ![]() Paytaxtda fəaliyyət göstərən bir sıra avtobuslarının marşrutunda ciddi dəyişiklik edilib. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin əməkdaşı Marlen Atayevin APA TV-yə verdiyi məlumata görə, iyunun 12-dən etibarən paytaxtda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar olaraq bir sıra marşrut xətləri bağlanılıb. Müvəqqəti xarakter daşıyan bu layihə iyun ayının sonuna kimi davam edəcək. Marlen Atayev deyib ki, görülən tədbirlərin əsas məqsədi Oyunlar zamanı paytaxtın mərkəzi küçələrində avtomobil sıxlığının aradan qaldırılmasıdır. Bağlanan marşrut xətlərinə gəlincə, bunlar 14, 53 və 90 saylı marşrut xətləridir. Marlen Atayev onu da qeyd edib ki, metronun "Həzi Aslanov" stansiyasından Qış bulvarına kimi hərəkət edən 95 saylı marşrut xəttinin hərəkət istiqaməti də dəyişdirilib. Artıq bu gündən etibarən 95 saylı marşrut avtobusunun son dayanacağı metronun "Xətai" stansiyası olacaq. Eyni zamanda 2 saylı marşrut xəttində fəaliyyət göstərən avtobuslar artıq paytaxtın mərkəzinə buraxılmayacaq. Sözügedən marşrut avtobuslarının da son dayanacağı metronun "Xətai" stansiyasının olacaq. Qeyd edək ki, I Avropa Oyunları ilə əlaqədar marşrut avtobuslarında 17 saatlıq iş vaxtı 20 saatlıq iş rejiminədək uzadılıb. İyulun 1-dən etibarən bütün marşrut xətlərinin əvvəlki rejimlə işləyəcəyi bildirilir. Heqiqet.az Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

