Xaricdə gizlənən 30 cinayətkar Azərbaycana ekstradisiya olunub7-02-2019, 16:55
Çap et Xaricdə gizlənən 30 cinayətkar Azərbaycana ekstradisiya olunub.Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə fevralın 7-də Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Zakir Qaralov bildirib. Qeyd olunub ki, Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində Daxili İşlər Nazirliyi ilə birlikdə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilib, istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Xaricdə gizlənən 30 cinayətkar Azərbaycana ekstradisiya olunub.