Alimlər süni dəri hazırlayıblar8-02-2019, 10:51
Çap et Yeni süni dəri su keçirmir.Konnektikut və Toronto universitetlərinin tədqiqatçıları tərəfindən hazırlanmış süni dəri güclü maqnit sahəsi və təzyiq dəyişikliklərinə reaksiya verən çoxfunksiyalı sensorlar sayəsində onun sahibini xüsusi imkanlarla təmin edə bilər. Elektron dərinin əsasını maqnit sahəsinə reaksiya verən ferromaqnit mayesi (ferroflyuid) ilə doldurulmuş elastik silikon borudan ibarət "ferroflyuid əsasında multimodal triboelektrik nanogenerator" (FO-TENG) təşkil edir. Silikon boru elektrik siqnallarını keçirən mis məftillərdən ibarət sarğıya malikdir. Mütəxəssislərdən biri "Science Daily” nəşrinə deyib ki, yeni süni dəri su keçirmir və dartılıb-uzadıla bilir ki, bu da ona öz formasını illərlə saxlamağa imkan verir. Tədqiqatçılar ümid edirlər ki, müvafiq icazə alındıqdan sonra təhlükəli materialların utilizasiyası vaxtı, avtomatlaşdırılmış axtarış-xilasetmə missiyalarında, həmçinin güclü yanıq xəsarəti almış şəxslər üçün protezlərin hazırlanması vaxtı süni dəridən istifadə etmək mümkün olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Yeni süni dəri su keçirmir.