Heqiqet.Az » idman » Emiliano Salanın cəsədi tapıldı


Emiliano Salanın cəsədi tapıldı

8-02-2019, 11:39
Çap et
Emiliano Salanın cəsədi tapıldı Faciənin başvermə şəraitinin araşdırılması davam edəcək.
Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarının çıxarıldığını və argentinalı futbolçu, Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın cəsədinin Britaniyanın Portlend limanına çatdırıldığını təsdiqləyib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Polisin xəbərində bildirilir ki, Portlend limana çatdırılan cəsədin peşəkar futbolçu Emiliano Salanın meyiti olması rəsmi şəkildə müəyyən edilib.
Futbolçunun və təyyarəni idarə etmiş pilotun qohumları ekspertizanın nəticələri haqqında xəbərdar edilib.
Faciənin başvermə şəraitinin araşdırılması davam edəcək.
Cümə axşamı xilasedicilər Emiliano Sala və pilot Devid İbbotson olduqları güman edilən cəsədləri parçalanmış təyyarədən çıxarıblar.
Təyyarənin özü isə bazar ertəsi tapılıb.
Reytinq: