Cəlilabadda ata və oğulun bıçaqlanmasının təfərrüatları məlum olub8-02-2019, 12:06
Çap et
![]() Alar kənd sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev öz həmkəndliləri tərəfindən bıçaqlanıblar. Hadisəyə kənd ərazisində futbol oynayan zaman tərəflər arasında yaranan mübahisə səbəb olub. Belə ki, Murad Qarayevlə mübahisə edən 3 nəfər onu döyməyə başlayıblar. Elə bu zaman yaxınlıqdan keçən Üzeyir Qarayev oğlunun 3 nəfər tərəfindən döyüldüyünü görüb. Həmin şəxslər üzərində gəzdirdikləri bıçaqla ata və oğulun qarın nahiyəsinə bir neçə zərbə endiriblər. Onlar daha sonra ərazidən uzaqlaşıblar. Yaralıların köməyinə isə kənd sakinləri gəlib və onlar ağır xəsarətlərlə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda reanimasiyada olan yaralıların əməliyyat olunduğu bildirilir. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
Təqvim
|