Məşhur pivə şirkəti bu şəxsin evinə pivə borusu çəkib11-02-2019, 10:12
Çap et
![]() Mətbəxindəki krandan su əvəzi pivə axan ev təsəvvür edin. Etiraf edək, bu hər bir kişinin arzusudur. Amma arzular da gerçəkləşir. Dünyanın ən məşhur pivə şirkətinin dahi alim Bora hədiyyəsi kimi... 1922-ci ildə Kvant fizikası sahəsindəki nailiyyətlərinə görə Nobel mükafatına layiq görülən alim əslən Danimarkalı idi. Odur ki, dahi oğulları ilə qürur duyan şirkət və qurumlar ona layiqli hədiyyələr edirdilər. Karlsberq rəhbərliyi də qeyri-adi üsula əl atır. Onlar zavoda yaxın məsafədə ev tikib, mətbəxinə su əvəzi pivə borusu çəkirlər. Bu möcüzəli evi alimə hədiyyə edirlər. 24 saat ərzində evə axan pivə nəinki Boru eləcə də onun həmkarlarını, dostlarını məmnun edirdi. Dəfələrlə qonağı olan Enşteyn alimin bəzi nəzəriyyələri ilə həmfikir olmasa da, limitsiz pivə həzzindən yararlanmağı sevirdi. Beləliklə Nils Bor evindən su əvəzi birinci növ pivə axan ilk planet sakininə çevrildi. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
Təqvim
|