Məleykə Abbaszadə repetitorları ittiham etdi13-02-2019, 18:51
Çap et Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, belə halların baş verməməsi üçün DİM-in pilot layihəyə başladığını vurğulayıb: "Valideynlər və müəllimlər bu işə həddindən artıq həssas yanaşmalıdırlar. Bu cür halların aradan qaldırılması üçün 10 fevralda keçirilən sınaq imtahanlarında pilot layihə tətbiq etməyə başlamışıq. Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı "FaceRecognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edilib”. Məleykə Abbaszadənin sözlərinə görə, abituriyent imtahana qeydiyyatdan keçən zaman onların şəkli avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir: "İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu proqram, hətta əkizləri belə bir-birindən fərqləndirir. Layihənin gələcəkdə bütün respublika üzrə qəbul imtahanlarında tətbiq olunması nəzərdə tutulur”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
