Heqiqet.Az » arasdirma » Zəhərli mikrobların daşıyıcısı - Alimlərin YENİ ARAŞDIRMASI


Zəhərli mikrobların daşıyıcısı - Alimlərin YENİ ARAŞDIRMASI

14-02-2019, 09:53
Çap et
Zəhərli mikrobların daşıyıcısı - Alimlərin YENİ ARAŞDIRMASI Dəniz və okean sularının tərkibindəki mikroplastik zərrəciklər insanlar, balıqlar və ətraf mühit üçün zəhərli olan mikrobların dayışıcısıdır.
Son tədqiqatların kədərli nəticələri bunu göstərir.
Britaniya Tropik Dəniz Elmləri İnstitutunun alimləri müəyyən ediblər ki, dəniz və okean sularının tərkibindəki çoxsaylı mikroplastik zərrəciklər öz səthində zəhərli bakteriyalar daşıyır. Bu bakteriyalar insanlar, balıqlar və ətraf mühit üçün böyük təhlükə mənbəyidir. Alimlər laboratoriyalarda diametri 5 millimetrdən az olan mikroplastik zərrəcik nümunələrini tədqiq ediblər. Bu zərrəcdiklərdə yara nahiyəsində infeksiyalara səbəb olan vibrion bakteriyası, habelə qastroenterit törədən arkobakter aşkar edilib.
Bundan əlavə, mikroplastikdə mərcanları məhv edən, balıqları zəhərləyən bakteriyalar tapılıb. Alimlər bildirirlər ki, bütün bu mikroorqanizmlər insanlarda, dəniz və okean sakinlərində ciddi qida zəhərlənmələrinə səbəb ola bilər. Onlar müxtəlif ölkələrin hakimiyyət orqanlarını təbii sututarlarda plastik kütlənin səviyyəsinin azaldılması istiqamətində təxirəsalınmaz tədbirlər görməyə çağırırlar. Ən sadə hesablamalar göstərir ki, hər il dəniz və okeanlara 7 milyon ton plastik kütlə atılır.
Britaniya alimləri tədqiqatlar çərçivəsində Sinqapur sahillərindən 275 mikroplastik nümunəsi götürüblər. Zərrəciklərin səthində bütövlükdə 400-dən çox bakteriya növü aşkar edilib. Plastik kütlə canlı orqanizmlərin çoxunun canına hopur, orada toplanır və qida zənciri vasitəsilə insan orqanizminə daxil olur.
Reytinq: