Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir15-02-2019, 18:28
Çap et Dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”. Maddənin hazırki mətni isə belədir: “Əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur”. Qanun layihəsi parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
