Heqiqet.Az » sosial » Elmira Axundovanın cəmiyyət üçün etdikləri alqışa layiqdir


Elmira Axundovanın cəmiyyət üçün etdikləri alqışa layiqdir

18-02-2019, 14:07
Çap et
Elmira Axundovanın cəmiyyət üçün etdikləri alqışa layiqdir Dəfələrlə demişik ki, dədə-babadan cəmiyyətimizə müdrikanə məsəllər təlqin edilib. Xüsusən də ziyalılar barədə deyilənlər daha çox diqqət çəkir. Doğrudan da ziyalı insanların ən adi fikrində bir bulaq saflığı müşahidə edirik...
Ölkəmizdə də həmişə pak və əqidəli insanlar yetişib. Səmimi deyim, özünün əsl ziyalı örnəkləri ilə çoxları üçün sevimli insana çevrilmiş Xalq yazıçısı Elmira xanım Axundovanın da xarakter göstəriciləri bu ictimai zəminlərə tam uyğun gəlir. İstər əvvəlki illərdə, istərsə də bu gün o, ancaq əsl insanlıq nümayiş etdirir. Onun əməli işlərində müasirlik günün reallığı kimi diqqət çəkir. Bir sözlə, Elmira xanım cəmiyyət-dövlət məsələlərinə daim ciddi önəm verib.
Elmira xanım Axundovanın həyat duyğularında çox şey insanı mənəvi yüksəlişə sövq edir. Onun yaradıcı düşüncələri öz həyat dürüstlüyü ilə diqqət çəkir...
Elmira xanım ictimai-siyasi həyatın ən qaynar müstəvilərində xalq-dövlət prinsiplərini realizə edib. O, bu gün də dövlətçiliyimizin inkişaf və perspektivlərini dəqiq müşahidə edir. Onun bu sahədəki uğurlu işi günün reallıqlarına əsaslanır. Cəmiyyət onun örnək fəaliyyətindən məmnunluq duyur. Məhz öz nüfuzu, dərin zəkası, yüksək əqidəsi, düzgünlüyü ilə rəğbət qazanmış Elmira xanım sağlam bir ailədə və mühitdə günəş kimi şəfəq saçır.
Diqqətə çatdıraq ki, Elmira xanım Axundova kimi kadrların cəmiyyət fəallığı ictimai nəzərlərə bir stimul verir. Elə bunun nəticəsidir ki, bu gün ölkənin ictimai mühitində bir nizamlanma özünü göstərir və səmimi deyək ki, bu istiqamətdə Elmira xanımın da böyük əməyi var.
Əlbəttə, insan şəxsiyyəti özünü bütün labüd hallarda aktiv göstərir. Lakin cəmiyyət məsələlərində şəxsiyyət fəallığının daha geniş aspektləri var. Bu, həm də ictimai əhatənin genişlənməsinə zəmin yaradır. Məhz bu mənada Elmira xanım Axundovanın cəmiyyət üçün etdikləri alqışa layiqdir. Onun dövlətimizin inkişaf perspektivləri barədə dedikləri, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətindəki əməli xidmətləri hər kəs üçün bir nümunədir. O, söhbət düşəndə deyir ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indiki gənclərə nəyi necə öyrətmək prinsipindən asılıdır. Bundan ötrü cəmiyyət insanlarının əsas vəzifəsi xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdan ibarət olmalıdır. Gənclərdə vətənpərvərlik hissini gücləndirmək, qəhrəman, vətənpərvər şəxslər yetişdirmək, torpaqlarımızın düşməndən azad olunması istiqamətində əməli addımlar atmaq, nəticədə gələcək nəsillərin qarşısına üzüağ çıxa bilmək və s. kimi mühüm tələblər bu gün də Elmira xanım Axundovanın diqqətə çəkdiyi əsas işlərdir.
Elmira xanım həm də duyğulu insandır. Onunla söhbət etmək həm çətindir, həm asan. Xüsusi istedada malikdir. O, birgə işi, kollektiv işi ümumi işin məğzi hesab edir və əməyin qiymətləndirilməsində zəhməti vacib amil kimi qabardır. Əbəs yerə deyil ki, onun özünün iş fəaliyyətinin əsasını da məhz zəhmət, əməksevərlik təşkil edir.
Elmira Hüseyn qızı Axundova nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır (III (2005-ci il), IV çağırış (2010-cu il) və V çağırış (2015-ci il). Dövlətçilik işindəki zəhməti ona Şöhrət ordeni də qazandırıb.
2002-ci ildən Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir. Onun tərtib və tərcümə etdiyi "Azərbaycanın gənc nəsri" antologiyası 1984-cü ildə "Yazıçı" nəşriyyatında kütləvi tirajla buraxılmışdır.
25 may 2018-ci ildə Elmira Axundovaya Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Azərbaycanın xalq yazıçısı fəxri adı verilib.
Bəli, dövlətçilik işinin təkmilləşdirilməsi ədəbi-ictimai məsələlərə münasibətin yaxşılaşdırılmasını bir daha təsdiq edir. Bu proses Elmira xanım Axundovanın fəaliyyətində özünü qabarıq göstərir.

İlkin Əzizxanoğlu
Reytinq: