Şirniyyatı sevən bəzi insanların genləri onları kökəlməyə qoymur21-02-2019, 10:04
Çap et Belə bir genetik xüsusiyyətin mövcud olmasını sübut edən tədqiqatların nəticələri "Cell Reports” jurnalında dərc edilib. Adətən piylənməni çoxlu şirniyyat yeməklə əlaqələndirirlər. Orqanizmin karbohidragentləri mənimsəməsinin fizioloji mexanizmi elədir ki, bu maddələrin çox qəbul edilməsi piy toxumasının qalınlaşmasına səbəb olur. Lakin bəzi insanların genləri şirniyyatdan kökəlməməyə imkan verir. Anadangəlmə şirniyyata meylli insanların genlərinin öyrənilməsi məqsədilə 450 min insan üzərində tədqiqat aparılıb. Müəyyən edilib ki, anadangəlmə şirniyyata meylli insanlar FGF21 geninin daşıyıcılarıdır və bu gen həmin insanların kökəlməməsinə imkan verir. Tədqiqatçılar bildiriblər: "Bu genin daşıyıcıları şirniyyata anadangəlmə meylli olur, lakin başqa insanlarla müqayisədə onların bədənində piy toxuması az olur”. Tədqiqatçıların sözlərinə görə, bu genlə bağlı araşdırmalar hələ davam etdirilməlidir. Onlar güman edirlər ki, bu xüsusiyyət bəzi neqativ aspektlərlə bağlı ola bilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
