ETSN: Meşə fonduna məxsus torpaqların sahibkarlara icarəyə verilməsi nəzərdə tutulur22-02-2019, 19:10
Çap et Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib. S.Salmanovun sözlərinə görə, bununla bağlı ETSN tərəfindən təkliflər paketi hazırlanıb, həmin paketlər sahibkarlara təqdim ediləcək. Təkliflər paketində hər bir regionda bitkinin bitmə şəraiti, torpağın tərkibi, relyefi, əkin sxemi verilməklə hansı ağac növlərinin əkilməsinin tövsiyə olunduğu göstərilib. Sahibkarlardan sadəcə həmin ərazilərdə meyvə bağların salınması üçün sərmayə qoyulması təklif olunacaq. Mütəxəssislər tərəfindən ağaclara qulluq haqqında da məlumatlar veriləcək. Sektor müdiri bildirib ki, Azərbaycanda meşə ərazisində 21 min ha ərazidə meyvə bağları salınacaq. Nazirlik rəsmisi qeyd edib ki, aqrobağların salınması işlərinə 2017-ci ildən başlanılıb və artıq 5 min ha ərazidə aqrobağ salınıb. S.Salmanov deyib ki, 2021-ci ilə qədər Azərbaycanın meşə təsərrüfatında geniş ərazilərdə aqrobağların salınması nəzərdə tutulur. Aqrobağlarda qoz, fındıq, şabalıd, nar, tut, şaftal, gülüş, ərik, sitrus bitkiləri, zeytun, albalı, alma, armud ağaclar əkilir və bu işlər davam etdiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
