“Yeni Malatyaspor” klubu Türkiyə Kubokunun yarımfinalına yüksəlib28-02-2019, 10:07
Çap et "Yeni Malatyaspor” klubu səfərdə "Göztəpə” ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə tamaşaçılar yalnız bir qol izləyə biliblər. Görüşün 73-cü dəqiqəsində "Göztəpə”nin hücumçusu Kameron Cerom hesabı açıb. Oyunun əsas vaxtı 1:0 hesabı ilə başa çatıb. Bu komandalar arasında Malatyada keçirilən qarşılaşma da eyni hesabla başa çatdığından, görüşdə əlavə vaxt oynanılıb. Artırılmış 30 dəqiqəlik müddətdə tərəflərdən heç biri fərqlənə bilməyib. Qalibi müəyyən etmək üçün on bir metrlik zərbələr təyin olunub. Bu mərhələdə daha dəqiq oynayan qonaq komanda "Yeni Malatyaspor" 5:3 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib. Onun bu mərhələdəki rəqibi "Qalatasaray” olacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
